Güney Azərbaycanın çırpınan ürəyi olan Təbriz ilə təbrizli yurddaşlarımız, 1945 – 1946-ci illərdə, Seyyid Cəfər Pişəvərin başçılığı ilə Azərbaycan Demokrat Firqə Partiyası ilə, 21-Azər Qurtuluş Hərəkatının beşiyi olmaqla yanaşı, hər zaman bütün İran və İranda yaşayan millətlərin qurtuluşu uğrunda ayaqda olub, bütün İran inqilablarına da başçılıq etmişdir.

Təbrizli yurddaşlarımızla təbrizdə yaşayan yurddaşlarımız qoynunda böyüdən Təbriz, və Təbrizlə yanaşı demək olar Azərbaycanın kiçik – böyük şəhərləri, bütün mübarizələrdə, Azərbaycan türklərinin milli məsələlərini bir başa dilə gətirən, Azərbaycan türkcəsinin rəsmi dil olmağını istəyəndir.

1979-cu ildən qurulan İran İslam Cumhuriyyəti, quruluşundan bir neçə il sonra millətimizə haqsızlıq etməyə başlayınca, bu haqsızlıqlara qarşı çıxan səslər də Təbizdə ucalmıçdır. İran rejim başçıları isə hər zaman Təbrizin milli istəklərinə, haq səsinə, qarşı çıxmışdır.

Təbrizdən ucalan milli istəklərimizi boğmağa çalışan, pis hədəflərinə çatan güclər içində İran İslam Cumhuriyyəti ilə yanaşı İranın Xalq Mücahidləri ilə Şah yandaşları olan Sətənəttələblərin etdiyi pislikləri də unutmamalıyıq. İranda olan solçu partiyalar da Azərbaycan türklərinin milli istəklərinə üz çevirmişdirlər. İranın fars aydınları da, fars dilinə düşkün olan böyük bir bölüm öz yurddaşlarımız da Azərbaycan türklərinin milli istəkləri qarşısında ya səsiz qalıb susmuşdırlar, ya da bu məsələləri görməməzlik siyasəti yeritmişdirlər.

Millətimizin, Azərbaycanmızda başda ana dilimizin rəsmi dil olması və milli mədəni haqlarınmızın verilməsi istəklərinə, yuxarıda saydığım sağlı-sollu İran hakimiyyətindəkilər də, müxalifəti də, aydınları da hər zaman qarşı çıxmışdırlar, indi də qarşı çıxırlar.

Durum belə olduğunda, yurdaşlarımızdan bir bölümü, özəlliklə xaricdə yaşıyan yurddaşlarımızın bir bölümü, Təbrizin-Azərbaycanın son günlərdə İranda gedən protestlərə sakit qalmasına etiraz edirlər. Bu yurddaşların etiraz etməkləri duyğusallığala-hissiyyatala məsələyə yanaşmalarından irəli gəlməkdədir. Bu yurddaşlar biraz dərin düşündüklərində içəridə yaşıyan yurddaşlarımızın Tebrizin nəqədər düzgün yanaşmasını görəcəklər. İranda, Təbrizdən başqa şəhərlərdə küçələrə töklünən etirazçılar, yaxşı təşkilatlana bilməyən, təşkilatlanmağı düşünə bilməyən, İran boyunca hərəkətlərinə başçılıq edənləri olmayan, hisslərinə tutulan insanlar idilər. Biz də, Təbrizdə olan yurddaşlarımız da, İran İslam Cumhuriyyətinə qaşı çıxıb küçələrə tökülən bu qorxusuz insanları alqışlayırıq, ancaq təşkilatlanmamış, güclü bir sözçüsü olmayan, güclü bir başçısı olmayan belə protestlərə qatılmamağı qatılmaqdan yaxşı sayırıq. Özəlliklə verdikləri şuarlarda, istəklərində Azərbaycan və İranda yaşayan başqa millətlərin milli haqlarını heç dilə gətirmiyən bu göstərilərə Təbriz – Azərbaycan qatıla bilməzdi.

Təbriz istədiyi sonucun, nəticənin eldə edilməsini imaknı olacağını bilmiyincə,  hesablanmamış ayağa qlxmaz.

Bir gün Güney Azırbaycan türkləri öz güclü təşkilatıyla, güclü sözçüləri ilə, güclü bir başçısıyla, yurddaşlarımız Təbrizdə də, Ərdəbildə də, Urumiyyədə və Güney Azərbaycanın bütün şəhərlərində də ayağa qalxıb Azərbaycan türk millətinin tapdalanmış haqlarını almağa çalışacaqrlar.

Təbriz indiyə kimi eldə etdiyi acı təcrübələri nəzrə alaraq davranır. Təbriz üçün qurtuluş uğrunda addım atmaq imkanı olsaydı, indi Azərbaycan milləti bu acınacaqlı durumda olmazdı. İran inqilablarında, fars hakimiyyəti ilə əl-bir olan xarici dövlər də Təbrizin Azərbaycan türk milləti istəkləri uğrunda yeriməsini qabağını alıb Təbrizi uduzmağa məcbur etmişdirlər.

Azərbaycan türk millətinə qarşı uyğulanan, farsların düşməncə siyasətinin özümüz də öz gözlərimizlə görmüşük.

Elə bu çox önəmli, həyati məsələyə görə Təbriz - Azərbaycan ağıl və məntiqlə hərəkət etməlidir. Təbrizin - Azərbaycanın məsələsi yalnız bahalıq deyil, tək qadın haqlrı deyil, tək siyasi partiyaların, mədəni quruluşların, işçi sendikalrın qurulub, Azadcasına rəsimi şəkildə fəaliyyəti etmələri deyil, təkcə Urmugölünün qurmasının qarşısını almaq deyil, yaln

ız ana dilinin rəsmi olması deyildir. Təbriz  -Azərbaycan məsələsi bir hüquq dövlətinin yaranması və orada millətlərin, bütün insanların qadınlı – kişili milli, mədəni, siyasi, iqtisadi, insan haqlarının təzmin olmasıdır.

Təbriz - Azərbaycan artıq bu gün proqramında olan bu hüquq dövlətini qarantiyə almayınca, bir hakimiyyəti yıxıb yerinə nə olduğunu bilməyən başqa bir hükuməti qoymağı istəmir. Bunu çox tələsən bizlər də başa düşməliyik. Özəlliklə biz xaricdə yaşıyanlar bunu başa düşməliyik. Her hansı nəndənlərdənsə yurddışında – xaricdə yaşamağa məcbur olan bizlər, içəridə yaşayan millətimizi, özəlliklə də milli fəallarımızı qınamamalıyıq. İçəridə yaşayan yurddaşlarımız orada hakim olan durumla iç – içə yaşadıqları üçün şəraiti dəyərləndirərək nə edəcəklərinin qərar vermələri onların öz təbi haqqıları olmalıdır. Xaricdə yaşayan hər yurddaş içəridəkələrin taktiklərini qəbul etmirsə onları tənqid oduna tutursa, özü buyurub içəriyə getməlidir. Buradan içəridəkilərin hərəkətlərini sual altına aparanlar ola bilsin özləri içəriyə döndükdən sonra, xaricdən tənqid etdikləri taktikin eynisini özləri də edərlər.

Yol göstərmək, fikir vermək, önərilər vermək, fealiyyət təcrübələrini saymaq, proqram vermək xaricdə yaşayan Güney Azərbaycan aydınlarının haqqıdır. Belə aydın yurddaşlar öz doğal haqlarını istifadə etməlidirlər. İçəridə olan yurddaşlar da bu fikirlərdən yararlana billərlər. Ancaq ölkə içində  yaşayan yurddaşların  yuxarıda yazdığım nədənlərə görə aldıqları qərarlara sayğı ilə yanaşmaq da biz xaricdə yaşayan yurddaşların burcudur.

Tebriz – Azərbaycan, durumu nəzərə alaraq öz sözünü tez – gec diyəckdir. Önəmli olan istəklərini əldə etməkdir.