bir  şam  yandıraq  biz , 21-Azərə

işığın  sala  o , yaşıl  xəzərə

o  şanlı  keçmişi  birdə  nəzərə

sala , sayqılıya  o  əziz  günü

parça  parça qürurumun  bütünü

hər kəsə görəvdi bir şam yandırsın

işıq , alov ilə  bu günü  ansın

şəhid günün rəsmiyyətə tanısın

gəlin şəhid günün biz böyük yazaq

əbədi qəbr ona , könüldə qazaq

təkcə  şam  yandıraq , onun  adına

bir  dəqiqə  sükutla  şəhid  yadına

qanına  bələşən  al  bayrağına

baş  əyək , diz  vuraq , itaət  kimi

bir  törən  eyləyək , ibadət  kimi       

bir  şam  yandıraq  biz , axşamın  aydın

bu  şamla  şəhidin min , adın  saydın

varmaq olursa əgər şəhidlə vardın

gəlin yad eyliyək öz varlığımızı

qorıyıb saxlayıb ulğarlığımızı

birlik  günüdür , şam  yandıraq  biz

haray ver haraya , haraylayın  siz

qurban  olsaqda  biz , olaq  ikimiz

mən  sənə , sən mənə , Azərbaycana

torpağından  axan , o  qızıl  qana

bir  şam  şənliyimiz , birisi  kədər

birisi  talehdir , qəzadur  qədər

birisi  ağrımız , birisi  zəfər

yandırın  şamları  şənliyimizə

hərarət  verəcək , iradəmizə

bir  şam  sirrimizdi , birisi  gizdi

bu şam o keçmişdən nişandır izdi

bu şamın işğı tilismimizdir

bir  şam  yandırağın  istəyimizə

alovlu söz  qoyağ , süfəngimizə

yandıranda şamı haray ay haray

səslə ey yatmışlar sərəsm bir dur ay

yaradaq divanla ədalət səray

toplanaq biz sıra firqəmiz sayaq

sən mənə mən sənə olaq tam dayaq

dükanda , bazarda , iş yerlərində

evlərlə , məçiddə , döngələrində

meydanda küçədə gəl get yerində

yandıraq  şamları , sülhün  adına

bir  dəqiqə  susaq biz , şəhid  yadına

mən  şamı  gül  ilə , qoşalaşdıracağam

işığı  ətir  ilə , qarışdıracağam

kədəri  sevgi  ilə , barışdıracağam

qoyaq yana yana şam , gül  yanına

od  sala  işığı , düşmən  canına

hardasan ? şəhidə ! xain  deyirlər

qatillər  imam  tək , paltar  geyirlər !

sülhün  ordusunu təqir edirlər

bilsinlər gəlirik şam əlimizdə

sülhün nəğməsi var gür dilimizdə

gəlin  yiyə  duraq , şəhidlərimizə

xain  deməsinlər ,  igidlərmizə

təhqir  yetər  artıq , 21-azərimizə

şamı  yandıraq biz , şəhidə  görə

sahablanaraq biz , olsun  bir  törə

üfürmə  şamı  sən , o  sükütda  car

cəksin  yana  yana ,versin nur nübar

silinsin  qəlbindən , o  paslı  qubar

sil  qubarı  gələcək  bizimkidir

vətənlə  eşq , birləşən  bir  ikidir

Eşilbax  3.12.2009