Hörmətli həmvətənlər, əziz soydaşlarımız, fikirdaşlarımız,

" İşıq Yol- Azərbaycan Kultur və ədəbiyyat " dərnəyi ( Aserbaidschanischer Kultur und Literatur verein -İşıq yol) diqqətinizə çatdırmaq istəyir ki, Oktyabır ayının 1-də, ( 01.10.2017) Berlin şəhərində fəaliyyətə başlayacaq. Milli kimliyinə, milli mənsubiyətinə, milli mənəvi dəyərlərinə

sahib olmaq istəyən, "MƏN AZƏRBAYCANLIYAM, TÜRKƏM" deyən hər kəsi dərnəyimizə dəvət edir və bu yolda birlikdə addımlamağa səsləyirik.

"İşıq Yol"dərnəyinin məqsəsi və amalı birliyimizi saxlamaq, böyük bir millət olduğumuzu, qədim tarixə, mədəniyyətə sahib oldüğumuzu bütün dünyaya eləcə də özümüzə inandırmaqdır.

Dərnək mədəniyyət (kultur), dil və ədəbiyyatımıza xidmət etmək, uşaqlarımıza, gənclərimizə milli ruhu aşılamaq amacıyla açılır.

"Yola düşən yolunu da bulacaqdır əlbət" demiş SƏMƏD BEHRƏNGİ.

Amacımız qitsaldır, tariximizi, babalarımızdan bizə miras qalan milli, mənəvi, mədəni dəyərlərimizi, varlığımızı qorumaqdır.

"Varlığım türk varlığına ərmağan olsun" deyən bütün insanları, dilindən, dinindən, inancından,məqamından, hizbindən asılı olmayan mən türkəm deyən bütün dostlarımızı, yoldaşlarımızı haqlarımızı qazanmaq bu yolda bərabər yürümək və bir olmağa səsləyirik.

Bu məqsadlə dərnəyimizin nəzdində müxtəlif kurslar fəaliyyət göztərəcək.

1. Ayda iki dəfə şeir və nəsr gecələri təşkil olunacaq.

2. Almaniyada yayılan dərgilərdə Güney Azərbaycanı və İranda yaşayan bütün Türklərin varlığını və özəlliklərini tadandərgi yayımlanacaq.(imkan və şəraitdən asılı olaraq ildə 2-3 dəfə)

3. Ana dili, musiqi, rəqs, teatr kursları fəaliyyət göztərəcək. (maraqlardan və istəkdən asılı olaraq)

4. Ayda bir gün xanımlar günü təşkil olunacaq, Müxtəlif mövzularda söhbət və diskusiya keçiriləcək.( ailə və uşaq tərbiyyəsi haqqında) bu diskusiyalarda təcrübəli psixoloq Dr. Bəhruz Mebudiyan iştirak edəzək.

5. Uşaqlar üçün müxtəlif maraqlı gəzintilər, oyunlar, əyləncə təşkil ediləcək.

6. Dərslərindən çətinlik çəkən uşaqlara yardım məqsədi ilə ana dilindən. ingilis dili. matimatik vəs. dərslərdən yardım kursları açılacaq.

7. Almaniyaya sığınmaq üçün gələn və ehtiyacı olan söydaşlarımız üçün məsləhət saatı.

8. Təqvimidə əlamətdar günlərimizlə bağlı gecələrin təşkil olunması. Şəhidlərimizin anım gününü keçirtmək.

9. Dərnəyimizdə həftə iki gün "Kitabxana və araşdırma mərkəzi" fəaliyyət göstərəcək. " Sumerlər Türklərin əcdadıdır" kitabının müəllifi tədqiqatçı yazar Murad bəy Gəray maraqlananların suallarını cavablandırmağa çalışacaq.

Hamınızı dərnəyimizə dəvət edirik.

Yolumuz açıq, işlərimiz uğurlu olsun!!!

Ünvanımız:

Soldinerstr. 41

13359 Berlin

E-Mail: این آدرس ایمیل توسط spambots حفاظت می شود. برای دیدن شما نیاز به جاوا اسکریپت دارید