Təbrizin islahatçı millət vəkili Şəhabəddin Bimiqdarın bildirdiyinə görə, İran Parlamentində təsis edilmiş Türk Bölgələr Fraksiyası “türk sözünün yaratdığı həssaslıqlar” səbəbilə buraxılmışdır.

Millət vəkilinin adına fəaliyyət göstərən http://bimeghdar.ir saytının dərc etdiyi məlumata əsasən, cənab Bimiqdar Türk Bölgələr Fraksiyası yerinə “Şimal-Qərb Vilayətlər Fraksiyası”nın təsisi istiqamətində fəaliyyətlərin başlandığını qeyd edib.

Bimiqdar “türk” sözünə həssaslıq və Türk Bölgələr Fraksiyasının təsisinə müxalifliyin səbəbini bilmədiyini qeyd edib.

Türk sözünün bəzi həssaslıqlar yaratdığı üçün daha az həssaslığa yol verəcək Şimal-Qərb Vilayətlər Fraksiyasını təsis etməyi düşünürük ki, bu vasitə ilə türk vilayətlərin əhalisinin tələblərinə də diqqət yetirə bilək,” deyə təbrizli siyasətçi söyləyib.