Bu günlərdə Qəzvin vilayətində ictimai yerlərdə “orucunu pozmaq” ittihamı ilə təqribən 90 nəfərə qarşı məhkəmə prosesi başladılıb.

İran xəbər agentliklərinə istinadən, orucluq ayında ictimai məkanlarda yemək, da ya içmək üzündən nəzarət altına alınan vətəndaşlar üçün məhkəmələrdə özəl şöbələr fəaliyyət göstərir.

Bu haqda Qəzvin vilayətinin baş prokuroru Höccətül-İslam Sadıqi mətbuata məlumat verib.

Qəzvin vilayətinin baş prokuroru

Qəzvin vilayətinin baş prokuroru

Baş prokurorun bildirdiyinə görə, “o cümlədən, 20 vətəndaş nəzarətə alındığı gündə təcili şəkildə özəl şöbədə mühakimə edilərək şallaq və pul cəriməsinə məhkum olunublar və verilən cəza həmin gün icra edilib.”

Höccətül-İslam Sadıqi Qəzvin vilayətində internet mühiti və ictimai məkanlar üzərində ciddi nəzarətin tətbiq edilməsi siyasəti ilə məşhurdur.

 1358456462 vayfdyvlafed