Aprelin 6-da təxminən 100 nəfərdən ibarət olan bir qrup güney azərbaycanlı şair, yazıçı və ədəbiyyatçı, görkəmli şair ustad Heydər Abbasinin (Barışmaz) evində bir araya gələrək tanınmış ziyalının ədəbi və incəsənət fəaliyyətlərini təqdir ediblər.

“Yol press”in yaydığı məlumata görə, məclisdə ustad Kərimi, Qabilnejad, Həmraz, Məhərrəm Pərizad Sürgün və s. kimi şairlər şeir oxuyub və çıxış ediblər.

Məscilisin sonunda ustad H.Abbasinin yarıdıcılıq fəaliyyətləri yüksək qiymətləndirilərək ona xüsusi hədiyyələr təqdim olunub.

Məclisdə aşıq Qafar kimi bir neçə saz-söz ustadı da saz çalıb və gözəl mahnılar ifa ediblər.

Heykəltəraş, xəttat və rəssam kimi tanınan azərbaycanlı şair ustad H.Abbasi türk, ərəb, ingilis, fransız, rus və fars dilllərini mükəmməl bilir. Ən çox türk dilində yazıb yaradan şair 50-dən çox əsərin müəllifidir. Nəhcül-Bəlağənin türkcə tərcüməsi, Dartılmış dənələr, Çağırılmamış qonaqlar, Səs və divarlar və s. onun qiymətli əsərləri sırasındadır.

Məlumata görə, yayın axır ayında Marağada şairin yaradıcılıq gecəsi keçiriləcək, mərasimin daha geniş şəkildə keçiriləcəyi gözlənilir.

 1358456462 vayfdyvlafed