İranda milli zəmində apardığı dinc fəaliyyətinə görə 25 gün əvvəl həbs edilən tanınmış azərbaycanlı fəal Nasir Xülusinin müvəqqəti olaraq azadlığa buraxılması haqda məlumatlar yayılıb.

Güney Azərbaycan mənbələrinin yaydığı məlumata əsasən, gənc fəal fevralın 27-də 500 milyon tümənlik mülki vəsiqə girovu qoyaraq məhkəməsinin keçirilməsinə qədər Təbrizin mərkəzi zindanından müvəqqəti olaraq azadlığa buraxılıb. Bundan əvvəl, “Sepah ETTELAAT-ı” əməkdaşlarının təzyiqi ilə fəalın həmin vəsiqə qarşılığında sərbəst buraxılmasının qarşısı alınmışdı.

Fəal Nasir Xülusi  yanvarın 23-ü axşam saatlarında Təbrizdən Urmiyaya gedərkən yolda mülki geyimli ETTELAAT əməkdaşları tərəfindən tutulub. O, əvvəlcə Təbriz “Sepah”ının ETTELAAT təşkilatının təkadamlıq kamerasında saxlanılsa da, fevralın 13-də Təbrizin mərkəzi zindanının karantin bölməsinə köçürülmüşdü.

 1358456462 vayfdyvlafed