Azərbaycanlı milli-mədəni fəallar Ərdəbil küçələrini milli şüarlarla bəzəyiblər.

GünAz TV mətbuat mərkəzinə göndərilən şəkillərdə divarlar üzərində Güney Azərbaycana qarşı aparılan ayrı-seçkilik siyasəti, ana dildə təhsil tələbi və siyasi məhbusların azadlığa buraxılması ilə bağlı şüarlar görünür. Əksər şüarlarda İranın məhkəmə sisteminin müstəqil olmaması məhkum edilib.

Şüarlar əsasən dövlət idarələri və rəsmi orqanların divarları üzərinə yazılıb.

Qeyd edək ki, İranda 30 milyondan çox Azərbaycan türkü mədəni soyqırımla üz-üzədir. Buna etiraz edən azərbaycanlı fəallar rejim tərəfindən sərt cəzalandırılır. Azərbaycanlılara qarşı aparılan ayrı-seçkilik siyasəti iqtisadi sahəni də əhatə etdiyi üçün bölgədə işsizlik və acınacaqlı iqtisadi vəziyyət hökm sürür.