Şərqi Azərbaycan Apelyasiya Məhkəməsi 3 azərbaycanlı milli-mədəni fəal haqqında həbs cəzasını təsdiqləyib.

Əldə etdiyimiz məlumata görə, Təbrizin səhənd stadionunda “Traxtur” futbol komandasını təşviq etdiklərinə görə tutulan fəallar qondarma “sistemin əleyhinə təbliğ” ittihamı ilə üzləşiblər.

Təbrizin İnqilab Məhkəməsi 2014-cü il fevralın 20-də “Traxtur”la “Əlcəzirə” oyunu zamanı tutulan Cəfər Rüstəmirad, Əli Əhmədi, Əli Sərraf, Əli Səadəti, Əsgər İbadzadə, Kəsra Davudi və Siyamək Seyfi haqda qərar çıxararaq hər birini 7 ay həbs cəzasına məhkum edib. Son məlumata görə, Şərqi Azərbaycan Apelyasiya Məhkəməsi Cəfər Rüstəmizad, Əli Əhmədi və Siyamək Seyfi haqqında həbs cəzasını təqdiqləyib, Əli Sərraf və Əsgər İbadzadə isə irəli sürülən ittihamlardan bəraət qazanıb.

Xatırladaq ki, “Traxtur”un Asiya oyunları çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” komandası ilə oyunu zamanı Təbrizdə onlarla “Traxtur” tərəfdarı yaxalanmışdır.

 1358456462 vayfdyvlafed