1948 və 1952- ci illər arası tarixi olaylar Dünya ana dili günü yazılmasına nədən oldu. Bu illərdə bənqal dili Pakistan dövləti tərəfindən bənqal toplumunun rəsmi dili kimi qəbul edilmədi və yerinə urdu dili rəsmi dil kimi bu topluma diktə olundu. Etirazlar polis tərəfindən ağır şəkildə cavab verildi və 21 fevral (şubat) 1952- ci ildə 4 bənqal öyrəncisi Pakistan polisi əli ilə öldürüldü.

Bugün Güney Azərbaycanda və İran adlanan ölkədə Türk dilinin yasaqlanmasından 92 il ötür. Fars molla rejimi hələdə Pəhləvilərin anti-türk siyasətini davam etdirir və Türklərə və qeyri fars millətlərə fars dilini rəsmi dil kimi diktə edir.

Milyonlarla Türk uşağı Güney Azərbaycanda və İran adlanan ölkənin fars oxullarında Fars dilindən dolayı ruhi işkəncələrə məəruz qalır və mənsub olduğu millət və dilə görə təhqir olunurlar. Fars dili istismarçı fars rejimi tərəfindən uşaqlarımızın beyninə soxulur və türk dili asimilə edilir. Türk dili müdafiəçiləri həbs və işkəncə olunur və nəhayət ya öldürülüb və ya sürgünə məcbur edilirlər. Artıq türk dili və kimliyi İran adlanan ölkənin fars rejimi tərəfindən hədəflənir.

Biz Güney Azərbaycan partiyaları və siyasi təşkilatları fars rejiminin qeyri fars millətlərə özəlliklə Güney Azərbaycan Türk millətinə qarşı bu ırqçı siyasətini qınayır və bütün millətimizi bu yolda dirənməyə və geniş şəkildə mübarizəyə dəvət edirik.

Yaşasın Ana Dilimiz,

Yaşasın Azərbaycan,

- Azərbaycan Demokratik Birliyi- BİRLİK

- Azərbaycan Öyrənci Hərəkəti- AZOH

- Dünya Azərbaycanlıları Konqresi- DAK

- Güney Azərbaycan Demokrat Partiyası- GADP

- Güney Azərbaycan Liberal Demokrat Partiyası- GALDP

- Güney Azərbaycan Qurtuluş Partiyası- GAQP

- Güney Azərbaycan Sosyal Demokrat Partiyası

- Vahid Müstəqil Azərbaycan Cəbhəsi

  20-02-2017

report